6a18702de02096a18702de020a17799864776a18702de02056a18702de0207

Gürcüstanın paytaxtı Tbilisidə şəhərin əsas rəmzlərindən hesab olunan televiziya qülləsi və “Sülh körpüsü” Azərbaycan bayrağının rənglərində işıqlandırılıb.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, aksiya 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə həyata keçirilib.

Axşam saatlarından etibarən Tbilisi teleqülləsi və Kür çayı üzərində yerləşən şüşəli piyada körpüsü yaşıl, qırmızı və göy rənglərlə işıqlandırılıb.

Qeyd edək ki, Tbilisi teleqülləsi və “Sülh körpüsü”nün hər il mayın 28-də Azərbaycan bayrağının rənglərində işıqlandırılması artıq ənənə halını alıb.

6a18702e1cb6d6a18702e1cb6e17799864776a18702e1cb6b6a18702e1cb6c

Paylaş: