1684314422 03eb58dae0e6901414ec0834e43198f7 6

Gəncədə qəza baş verib.

Globalinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Belə ki, “Mercedes Vito” markalı avtomobillə motosiklet toqquşub. Hadisə nəticəsində motosikletin sürücüsü, kuryerlik fəaliyyəti ilə məşğul olan 2005-ci il təvəllüdlü Əli Həsənovun qolu sınıb. O, xəstəxanalardan birinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: