Xəbər verdiyimiz kimi, 19 yaşlı Elşən Abbasov su hövzəsində çimən zaman ehtiyatsızlıq nəticəsində suda boğulub.
Globalinfo.az “Unikal”a istinadla xəbər verir ki, məlumata görə, gənc oğlan iyul ayında hərbi xidmətə gedəcəkdi.
***18:30
Cəlilabad sakini suda boğulub.
Globalinfo.az “Report”a istinadla xəbər verir ki, hadisə rayonun Privolnoye kəndi ərazisində qeydə alınıb.
Kənd sakini, 2007-ci il təvəllüdlü Abbasov Elşən Cəlal oğlu su hövzəsində üzən zaman boğulub.
Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.