WhatsApp Image 2025 10 19 at 20.49.21 1

1991-ci ilin oktyabrında müstəqillik əldə ediləndə o vaxt hakimiyyətdə olanlar ərazi bütövlüyümüzü qoruya bilmədilər.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində sakinlərlə görüşündə səsləndirib.

“Hakimiyyətə can atanlar faktiki olaraq Şuşanı, Laçını, o cümlədən bax, bu gözəl kəndi Ermənistana, demək olar ki, satmışdılar. O vaxt hakimiyyət uğrunda mübarizə gedirdi. Ovaxtkı hakimiyyət hakimiyyətdə qalmaq istəyirdi. Hakimiyyətə can atan AXC-Müsavat istənilən yollarla hakimiyyətə gəlmək istəyirdi. Buna görə də təxribat nəticəsində bu gözəl diyarımız Ermənistana verildi ki, yenidən Azərbaycan bu fəlakətlə üzləşsin. Ondan sonrakı dövr də sizin yadınızdadır: vətəndaş müharibəsi, torpaqlarımızın itirilməsi. Şuşa, Laçın işğal ediləndən sonra bu kənd də işğal olunub. Ermənistanla keçmiş Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaradılıb və əfsuslar olsun ki, ondan sonra işğal 30 il davam etmişdir.

Biz güc yığırdıq, güc toplayırdıq – həm iqtisadi, həm hərbi, həm beynəlxalq müstəvidə. Hazır olan zaman gəldik və elə gəldik ki, bütün dünyaya səs saldı bizim Şanlı Zəfərimiz. Həm 2020-ci il, həm də 2023-cü il Şanlı Zəfərimizdir və biz əbədi bu Zəfərlə fəxr edəcəyik. Bu gün Azərbaycan ərazisində hər qarış torpaq bizim nəzarətimizdədir. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam bərpa edilmişdir. Əldə edilmiş sülh bizim şərtlərimiz əsasında olmuşdur”, – Prezident bildirib.

Paylaş: