zelenski tramp

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Tramp və Konqresə hava hücumundan müdafiə sistemlərinin kritik çatışmazlığı ilə bağlı təcili məktub göndərib.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Kiyev Independent” nəşri məlumat yayıb

Məlumata görə, Zelenski Rusiyanın artan raket hücumları fonunda ABŞ-dan əlavə “Patriot PAC-3” raketləri və hava hücumundan müdafiə sistemləri istəyib.

“Ballistik raketlərdən müdafiədə demək olar ki, tam şəkildə ABŞ-a arxalanırıq”, – deyə Ukrayna lideri vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: