“Heç kim Ukraynanın Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək hüququnu şübhə altına almır”.
Globalinfo.az xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna deyib.
O bildirib ki, Kiyev müttəfiq ölkələrin sərhədləri yaxınlığında daha ehtiyatlı davranmalıdır.
“Hesab edirəm ki, Ukraynanın “uzaqmənzilli sanksiyaları” effektiv işləyir”, – deyə Tsaxkna qeyd edib.
Bununla yanaşı, o, Ukraynanı sərhədlərə münasibətdə daha diqqətli olmağa çağırıb.
Estoniyalı nazir əlavə edib ki, Ust-Luqa və Sankt-Peterburq NATO ölkələrinin sərhədlərinə çox yaxındır.
Əliyar Xəlil
Globalinfo.az