berde 1

Bərdə rayonundan yolun təmiri ilə bağlı yayılan görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Belə ki, yolda işlərin hissə-hissə, “yamaq” üsulu ilə aparıldığı görünür.

Globalinfo.az xəbər verir ki, sosial media istifadəçiləri həmin görüntüləri tənqid edərək aparılan işlərin keyfiyyəti ilə bağlı iradlarını bildiriblər.

Məsələ ilə bağlı Bərdə Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamaq mümkün olmayıb.

Görüntüləri təqdim edirik:

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: