blvr 0

Bulvarda qadına hücum edən şəxs həbs edilib.

Globalinfo.az xəbər verir ki, onun barəsində Səbail rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Qeyd edək ki, bir neçə gün əvvəl Dənizkənarı bulvar ərazisində qadına qarşı tanımadığı şəxs tərəfindən zorakılıq edilməsi barədə videogörüntü yayılıb.

    Qeyd edilən əməli törətməkdə şübhəli bilinən 47 yaşlı Şamxal Nəcəfov polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərindən 3 ədəd kəsici-deşici alət aşkarlanıb.

    ***13:50

    Mayın 22-də Dənizkənarı Milli Parkda gimnastika məşqçisi N.Kərimovaya qarşı edilmiş cinayət əməlinin görüntüləri yayılıb.

    Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, görüntülərdən 47 yaşlı Şamxal Nəcəfovun bulvarda hərəkətdə olarkən məhəccərin qarşısında dayanmış gənc qıza fiziki olaraq əxlaqsız hərəkətlər etdiyi aydın görünür.

    Bu zaman onlar arasında insident baş verir və yaxınlıqdan keçən gənc oğlan N.Kərimovaya yardım edir. Belə ki, o, Şamxal Nəcəfovun fikrini yayındırır. Nəticədə Ş.Nəcəfov bıçaq çıxararaq ona hücum etsə də, həmin gənclə N.Kərimova qaçaraq ərazidən uzaqlaşırlar.

    Qeyd edək ki, polisin keçirdiyi tədbirlərlə Ş.Nəcəfov saxlanılıb. Onun üzərindən 3 ədəd soyuq silah hesab edilən kəsici-deşici alət aşkarlanıb. Həmin şəxs barəsində məsuliyyət tədbirləri görülür.

    Hadisə anını əks etdirən görüntüləri təqdim edirik:

    Paylaş: