s%C9%99udiyy%C9%99

Səudiyyə Ərəbistanı bu payız İsraildə keçiriləcək parlament seçkilərindən əvvəl Təl-Əviv ilə münasibətlərin normallaşdırılması istiqamətində addımlar atmağı planlaşdırmır.

Globalinfo.az-ın xəbərinə görə, bu barədə “Axios” nəşri mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Ər-Riyadın əsas şərti İsrailin Fələstin dövlətinin yaradılmasına razılıq verməsidir. Lakin hazırkı İsrail hökuməti bu məsələdə sərt mövqe tutur.

İrana qarşı gərginlik və BƏƏ ilə artan fikir ayrılıqları fonunda Səudiyyə Ərəbistanı İsraillə normallaşma ehtimalına daha ehtiyatla yanaşır.

“Axios” daha əvvəl də bildirib ki, ABŞ Prezidenti Donald Tramp İranla mümkün razılaşma əldə olunacağı təqdirdə bir sıra ərəb və müsəlman liderlərini “İbrahim sazişi”nə qoşulmağa çağıracağını deyib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: