tramp 2 900x506 3

ABŞ-ın Ədliyyə Nazirliyi mayın 23-də Ağ Evin yaxınlığında baş verən silahlı insidenti Prezident Donald Trampa qarşı sui-qəsd cəhdi kimi qiymətləndirib.

Globalinfo.az xəbər verir ki, bu barədə federal məhkəmənin elektron bazasında yerləşdirilən sənəddə qeyd olunub.

Sənəddə hadisə bir ay ərzində prezidentə qarşı ikinci sui-qəsd cəhdi kimi təqdim edilib. Rəsmi məlumata görə, mayın 23-ü axşam saatlarında silahlı şəxs Ağ Ev yaxınlığında atəş açıb. Prezidentin mühafizə xidmətinin əməkdaşlarının cavab atəşi nəticəsində hücumçu zərərsizləşdirilib, o daha sonra xəstəxanada ölüb.

Hadisə zamanı təsadüfi bir nəfərin də yaralandığı bildirilir. ABŞ mediasının məlumatına görə, Ağ Evdən təxminən 150 metr aralıda atəş açan şəxs psixi problemlərdən əziyyət çəkib.

ABŞ Ədliyyə Nazirliyinin məhkəməyə təqdim etdiyi sənəd Ağ Ev ərazisində yeni banket zalının tikintisi ilə bağlı məhdudiyyətlərin aradan qaldırılmasını əsaslandırmaq məqsədi daşıyır.

ABŞ-ın müvəqqəti baş prokuroru Todd Blanke tərəfindən imzalanan sənəddə qeyd olunur ki, yenidən silahlı şəxs prezidentə, onun ailəsinə və köməkçilərinə hücum etməyə cəhd göstərib.

Nazirlik hesab edir ki, baş verən hadisə prezidentin, ailəsinin və yaxın çevrəsinin təhlükəsizliyini təmin etmək üçün ən müasir mühafizə sistemləri ilə təchiz olunan yeni banket zalının tikilməsini zəruri edir.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: