Güclü Ermənistan Partiyasının lideri, rusiyalı milyarder, “Taşir Qrup”un sahibi Samvel Karapetyanın Fransanın Nitsa şəhərində villası var.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “İnsayder” nəşrinin araşdırmasında qeyd olunub.
Məlumata görə, həmin villada Rusiya Prezidenti Vladimir Putinin arvadı Alina Kabayeva da yaşayıb.
Araşdırmada qeyd olunub ki, Nitsadakı villa Putinə yaxın olan “Qazprombank”ın pulları ilə alınıb.