dem qazi esas

Zərdabda evdə nənə və nəvə dəm qazından zəhərlənib.

Globalinfo.az bildirir ki, APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Şahhüseynli kəndində qeydə alınıb.

    Kənd sakini, 1932-ci il təvəllüdlü Güldəstə Ağalarova və nəvəsi, 1987-ci il təvəllüdlü Ramin Ağalarov yaşadıqları ünvanda dəm qazından zəhərləniblər. G. Ağalarova ölüb, R. Ağalarov isə xəstəxanaya yerləşdirilib.

    Fakt araşdırılır.

    Paylaş: