Konstantinovkada dron operatorlarının iki Ukrayna əsgərini öldürdüyünü əks etdirən video yayılıb.
Globalinfo.az xəbər verir ki, video Çeçenistan lideri Ramzan Kadırov tərəfindən Teleqramda paylaşılıb.
Onun sözlərinə görə, 78-ci “Sever-Axmat” motoatıcı alayının əsgərləri 1194-cü motoatıcı alayın əsgərləri ilə birlikdə Konstantinovka ərazisində əməliyyat keçiriblər.
Videoda dronların Ukrayna əsgərlərinin gizlənməyə çalışdığı sığınacağa zərbə endirdiyi görünür.
Tahir Turan
Globalinfo.az