Misli Premyer Liqasında 2025/2026 mövsümünün son matçında “Karvan-Yevlax” səfərdə “İmişli” ilə heç-heçə edib.
Globalinfo.az xəbər verir ki, Quba Olimpiya İdman Kompleksinin stadionunda baş tutan görüş 1:1 hesabı ilə başa çatıb.
Yevlax təmsilçisindən qolu 28-ci dəqiqədə Peter Kinqs vurub. “İmişli”nin heyətində isə Dioqo Kardozu 90+5-ci dəqiqədə fərqlənib.
Bu nəticədən sonra “İmişli” 34 xalla 9-cu yeri tutub. 15 xala malik “Karvan-Yevlax” isə 12-ci olub.
Bununla da mövsümə yekun vurulub.
Qol krallığı yarışı ilə belə başa çatdı:
Coy Lens Mikels (“Sabah”) – 19 qol
Emin Mahmudov (“Neftçi”) – 11 qol
Bassalu Sambu (“Neftçi”) – 11 qol
Velko Şimiç (“Sabah”) – 11 qol
Joarlem Santos (“Turan Tovuz”) – 10 qol
Aleksandr Ramalinqom (“Sumqayıt“) – 10 qol
Karima Rossi (“Şamaxı”) – 10 qol