Konqo Demokratik Respublikasında (KDR) Ebola virusundan ehtimal olunan ölüm hallarının sayı 204-ə çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Kommunikasiya və Media Nazirliyi məlumat yayıb.
Bildirilib ki, KDR-in şərqindəki İturi, Şimali Kivu və Cənubi Kivu əyalətlərində 867 ehtimal olunan yoluxma halı qeydə alınıb.
10 ölüm halı və 91 yoluxma faktı laboratoriya şəraitində təsdiqlənib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) daha əvvəl bu epidemiya ilə bağlı beynəlxalq əhəmiyyətli fövqəladə hal elan etmişdi.