uran 900x590 2

İran yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarılması ilə bağlı təklifi qəbul etməyib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Nüvə proqramı ilə bağlı məsələlər hazırkı mərhələdə əldə olunan razılaşmanın tərkib hissəsi deyil və yekun saziş üzrə müzakirələr zamanı ayrıca nəzərdən keçiriləcək.

İranın yüksək zənginləşdirilmiş uran ehtiyatlarının ölkə xaricinə çıxarılması ilə bağlı hər hansı razılıq əldə olunmayıb.

Bununla yanaşı, nüvə mövzusu tərəflər arasında aparılan gələcək danışıqlarda əsas gündəm maddələrindən biri olaraq qalır”, – deyə bildirilib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: