Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi çərçivəsində birbaşa ticarət sahəsində yeni mərhələyə keçidlə bağlı mesaj verilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç sosial şəbəkədə paylaşım edib.
Kılıç qeyd edib ki, atılan yeni addım təkcə Türkiyə–Ermənistan münasibətlərinə deyil, həmçinin Türkiyə, Azərbaycan, Gürcüstan və Ermənistan arasında dördtərəfli əməkdaşlığın inkişafına da təkan verə bilər.
Onun sözlərinə görə, bu proses regionda sülh və sabitliyin möhkəmlənməsinə töhfə verəcək və iştirakçı ölkələr üçün müsbət nəticələr yaradacaq.
Safura Bənnayeva
Globalinfo.az