Bərdə rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Globalinfo.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Mehdixanlı kəndi ərazisində baş verib.
Nadir Rəşid oğlu Həsənovun sükanı arxasında olduğu VAZ-2107 markalı minik avtomobili idarəetmədən çıxıb.
Nəticədə avtomobil yolun kənarındakı su arxına düşüb.
Qəza zamanı sürücü N.Həsənov ağır xəsarət alıb, avtomobildə olan sərnişin – 1996-cı il təvəllüdlü Həsənova Pəri Mahir qızı isə həlak olub.
Faktla bağlı araşdırma aparılır.