2025 01 15t155900z 1692493471 rc2facarizl5 rtrmadp 3 usa trump rubio 900x600 1

“Yaxın saatlarda Hörmüz boğazı ilə bağlı mühüm açıqlamalar verilə bilər”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Hindistan xarici işlər naziri ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Vaşinqton İranın raket potensialının ciddi şəkildə zəiflədilməsi istiqamətində qarşıya qoyduğu məqsədə nail olub:

“Son 48 saat ərzində bölgədəki tərəfdaşlarla birlikdə yeni çərçivə üzərində işlənilib. Təşəbbüs uğurlu alınacağı təqdirdə, bu, Hörmüz boğazının heç bir əlavə ödəniş olmadan tam açıq qalmasına imkan verəcək.

Həmin mexanizmin digər məqsədlərindən biri də İranın nüvə ambisiyaları ilə bağlı əsas məsələlərin gündəmə gətirilməsi və onların həlli istiqamətində addımların müəyyən edilməsidir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: