1779477219 706078220 18586066549024649 429660760198375631 n 13

Ermənistanda müxalif siyasətçi, “Çiçəklənən Ermənistan” partiyasından deputatlığa namizəd Andranik Tevanyan 2 aylıq həbs edilib. 

Globalinfo.az xəbər verir ki, bu barədə TASS-a onun vəkili Aram Orbelyan məlumat verib.

“Məhkəmə Tevanyanı iki aylıq müddətə həbs etmək qərarı verdi”, – o bildirib.

Qeyd edək ki, Tevanyan dövlətə xəyanətdə ittiham olunur.

Aysel Əliyeva
Globalinfo.az

 

Paylaş: