1779477219 706122411 18586066531024649 7012186643042947033 n 6

Azərbaycanın Xalq artisti Blrilliant Dadaşova özünün sosial media hesabında professor, tibb elmləri doktoru, ürək-damar cərrahı Kamran Musayev barədə paylaşım edib. 

Globalinfo.az xəbər verir ki, o, qardaşının ürək əməliyyatı keçirdiyini bildirib və əməliyyatın uğurlu icrası üçün həkimə təşəkkür edib.

“Kamran doktor, qardaşımın ürəyini açıq əməliyyat edib onu həyata qaytardığınız üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Gözəl həkimlərimizin şəfalı əlləri var olsun”, – Xalq artisti qeyd edib.

Kamran Kazımoğlu Brilliant Dadaşovanın bu jesti qarşısında cavab olaraq təşəkkür paylaşımı edib və Xalq artistinə ürək sözlərini çatdırıb:

“Xalqımızın sevimli sənətkarı Brilliant xanım, bu xoş və səmimi sözləriniz, eyni zamanda bizə göstərdiyiniz böyük etimad üçün sizə dərin təşəkkürümü bildirirəm. Mərkəzi Klinika olaraq bizim üçün ən böyük mükafat hər bir pasiyentimizin yenidən sağlığına qovuşması və doğmalarının üzündəki o səmimi təbəssümdür. Qardaşınıza bir daha möhkəm can sağlığı, sizə isə tükənməz yaradıcılıq uğurları arzulayıram. Hər zaman var olasınız!”

Paylaş: