1779477219 706122411 18586066531024649 7012186643042947033 n 4 scaled

“65 pilotumuz Türkiyədə beynəlxalq təlim proqramlarına cəlb olunub və onların 2026-cı ilin sonunadək ölkəyə qayıdaraq fəaliyyətə başlamaları gözlənilir”.

Globalinfo.az xəbər verir ki, bunu AZAL-ın sədri Samir Rzayev AZTV-yə müsahibəsində deyib.

AZAL sədri əlavə edib ki, ötən ayın sonunda 36 məzun İspaniyanın Lieda şəhərində təlimlərə başlayıb. Təlimləri uğurla başa vuran gənc pilotlar “type rating” vəsiqəsi alaraq AZAL-da fəaliyyət göstərəcəklər.

Onun sözlərinə görə, yaxın zamanda Milli Aviasiya Akademiyası nəzdində Beynəlxalq Təlim Mərkəzi də istifadəyə verilib.

“Təlim Mərkəzi 2 hissədən ibarətdir. Mərkəzin bir hissəsi hava nəqliyyatı dispetçerlərinin hazırlanması, digər hissəsi isə uçuş heyətinin fövqəladə hallarda təlim hissəsi kimi nəzərdə tutulub. Əsas məqsəd ondan ibarətdir ki, biz AZAL olaraq, Milli Aviasiya Akademiyası olaraq çalışırıq ki, ümumiyyətlə bütün aviasiya personalının təlim proqramlarını Azərbaycanda cəmləşdirək. Təyyarə bələdçiləri üzrə də seçim prosesləri meyarları mövcuddur – güclü ünsiyyət, yüksək empatiya, xidmət mədəniyyəti, dil bilikləri, komanda ilə işləmək bacarığı və ən əsası sərnişinlərin təhlükəsizliyinə məsuliyyətli yanaşmaq. Bunlar çox vacib kriteriyalardır və bütün seçim proseslərimizdə bundan istifadə olunur. Seçimdən sonra namizədlər 2 aylıq intensiv nəzəri-təlim proqramlarına qoşulurlar və daha sonra isə fövqəladə hallar üzrə praktiki hazırlığı əhatə edən 6 real uçuş təcrübəsi həyata keçirirlər. Nəticədə, bütün mərhələləri uğurla keçən əməkdaşlarımız müstəqil uçuşlara buraxılır və mərhələli şəkildə tamhüquqlu təyyarə bələdçisi kimi formalaşırlar. Məlumat üçün deyim ki, son 3 il ərzində komandamıza 400-dən çox yeni təyyarə bələdçisi qoşulub və artıq bütün uçuşlarımızda fəaliyyət göstərməkdədirlər”, – Samir Rzayev bildirib.

Məlumata görə, son 3 ildə AZAL komandasına 400-dən çox yeni təyyarə bələdçisi qoşulub.

Paylaş: