MKI

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Ratkliff Kubaya son səfəri zamanı Venesuela prezidenti Nikolas Maduronun oğurlanması əməliyyatının iştirakçılarından birini özü ilə aparıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “CBS News” öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, MKİ rəhbəri onu qarşı tərəfinə Venesuela liderinin mühafizəçiləri olan kubalıların öldürüldüyü əməliyyatın iştirakçısı kimi təqdim edib. ABŞ kəşfiyyatının rəhbəri bununla Havanaya müəyyən mesaj verməyə çalışıb.

Xatırladaq ki, ötən həftə Kubanın Daxili İşlər Nazirliyi Havanada MKİ direktoru ilə görüş keçirdiyini açıqlayıb. Danışıqlar zamanı bildirilib ki, Kuba ABŞ-ın milli təhlükəsizliyi üçün təhdid yaratmır və onun terrorizmi dəstəkləyən dövlətlər siyahısına daxil edilməsi üçün heç bir qanuni əsas yoxdur. Nazirlik həmçinin vurğulayıb ki, ada ərazisində xarici hərbi və ya kəşfiyyat bazaları yoxdur. Üstəlik, Kuba heç vaxt ABŞ-a qarşı düşmən fəaliyyətini dəstəkləməyib.

“Axios” portalı mənbələrə istinadən yazıb ki, MKİ direktoru Kuba səfəri çərçivəsində Raul Kastronun nəvəsi Raul Gilyermo Rodriqes Kastro, eləcə də daxili işlər naziri Lasaro Alberto Alvares Kasas və yerli xüsusi xidmət orqanlarının rəhbərliyi ilə görüşlər keçirib.

Əliyar Xəlil

Globalinfo.az 

Paylaş: