1779477219 706078220 18586066549024649 429660760198375631 n 3

Şamaxı” baş məşqçisi Ayxan Abbasovla yollarını ayırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 44 yaşlı mütəxəssisin klubla olan müqaviləsinin müddəti başa çatıb.

Şamaxı təmsilçisi ayrılıqla bağlı təcrübəli baş məşqçiyə xüsusi təşəkkürünü ünvanlayıb:

“Klubumuz adından Ayxan Abbasova komandamızdakı fəaliyyəti dövründə göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq”.

Xatırladaq ki, Ayxan Abbasov 2024-cü ilin iyun ayından “Şamaxı”nın sükanı arxasında idi.

1779477219 706122411 18586066531024649 7012186643042947033 n 2

Paylaş: