“Çox qəribədir ki, gecə 01:00-dan sonra xoşbəxtlik hissi duyuram. Hamı yatanda, bayırdan maşın səsi gəlməyəndə, sükutdan, təklikdən, düşünməkdən zövq alıram. Bir də səhərə yaxın quşların səsi, günəş çıxmazdan öncə göy üzünün rəngləri necə gözəl olur…”
Globalinfo.az xəbər verir ki, bunu müğənni Nura Suri sosial şəbəkə hesabında qeyd edib.
Müğənni müasir həyata uyğunlaşa bilmədiyini söyləyib:
“Şəhər oyananda, səs-küy başlayanda isə yatmaq istəyirəm. Düşünürəm ki, gözəl təbiəti olan, şəhərdən uzaq bir yerdə yaşayıb xoşbəxt ola bilərdim. Ağacları, gülləri sulamaq, ev heyvanlarının qayğısına qalmaq mənə rahatlıq verir.
Dünyanı sosial şəbəkələrlə yox, uşaqlıqda oxuduğum kitablarla tanımaq daha gözəl idi. Mən müasir həyata öyrəşə bilmirəm. Müasir insanların saxtalığı məni yorub”.