2023 09 23T183740Z 909673123 RC2HE3A6EXK0 RTRMADP 3 UKRAINE CRISIS UN LAVROV 1695498540

Qərb Ukrayna kimi, Ermənistanı da Rusiyaya qarşı səhv məntiqə sövq edir.

Globalinfo.az APA-ya istinadən bildirir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xarici və Müdafiə Siyasəti Şurasının Assambleyasında deyib.

XİN rəhbəri bildirib ki, Qərb Rusiyaya zərər vurmaq üçün Ermənistanı anti-Rusiya düşərgəsinə cəlb etməyə cəhd edir.

Onun sözlərinə görə, Qərb Rusiyanın müttəfiqlərini, ilk növbədə onun qonşularını – Gürcüstan, Moldova, indi Ukrayna ilə olduğu kimi, Ermənistanı da səhv məntiqə sürükləməyə çalışır.

Qeyd edək ki, 2026-cı ildə Rusiya ilə Ermənistan arasında münasibətlər dərin sistemli böhran yaşayır. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyünü dondurduqdan sonra İrəvan tədricən rəsmi səviyyədə Avropa İttifaqı ilə yaxınlaşma kursuna başlayıb. Rusiya dəfələrlə Ermənistan hakimiyyətini Avropa İttifaqına və Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlük arasında mümkün qədər tez qərar verməyə çağırıb və müvafiq məsələ ilə bağlı referendum keçirməyi təklif edib.

Paylaş: