aris piplas

“Artıq üçüncü dəfədir ki, Azərbaycana gəlirəm. Daha əvvəl Azərbaycanın akademik diplomatiya təşəbbüsləri çərçivəsində ağıllı şəhərlər üzrə keçirilən bir seminarda iştirak etmişdim. Həmçinin 2023-cü ildə Ümumdünya Habitat Günündə də burada olmuşdum. Beləliklə, bu artıq sizin şəhərinizə üçüncü səfərimdir”.

Bu sözləri Globalinfo.az-a Ümumdünya Şəhərsalma Formunun 13-cü sessiyasında iştirak edən İsveçrədən olan şəhərsalma mütəxəssisi və memar Aris Piplas deyib.

O qeyd edib ki, Azərbaycan çox gözəl ev sahibidir və burada olmaq hər zaman böyük zövqdür:

“Şəhərinizin və ölkənizin olduqca dinamik və sürətli inkişafını görmək sevindiricidir. Bu dəfə biz bura digər minlərlə iştirakçı ilə birlikdə gəlmişik. Bu, çox böyük tədbirdir və inklüziv, dayanıqlı şəhərlərin gələcəyi üçün çox mühüm əhəmiyyət daşıyır”.

Aris Piplasam bilidirib ki, WUF13 çərçivəsində bir sıra təqdimatları olub:

“ATƏT ilə bir layihəm var, həmçinin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən və digər sessiyalar çərçivəsində dəvət almışam. Burada şəhərsalma və ağıllı şəhərlər sahəsində gördüyüm işlərin bir hissəsini paylaşdım”.

Qonaq Bakıda olan İsveçrə səfirliyinə dəvət olunduğunu qeyd edib:

“İsveçrə səfirliyi ilə şam yeməyindən sonra İsveçrəyə geri dönəcəyəm. Çünki orada digər layihələr və öhdəliklərim var”.

Ayan Abbaslı
Globalinfo.az

Paylaş: