“Bu, mənim Bakıya ilk səfərimdir və təəssüratlarım çox müsbətdir. Bakı insanları çox qonaqpərvər, mehriban və ünsiyyətcil insanlardır. Hara getsəniz, insanlar qonaqları səmimi şəkildə salamlayır və xoş münasibət göstərirlər”.
Bu sözləri Globalinfo.az-a Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında iştirak üçün Nigeriyanın Kano şəhərindən gələn şəhərsalma üzrə mütəxəssis Abduləziz Ticani Mahmud deyib.
O, Bakıda gördükləri münasibəti həqiqətən yüksək qiymətləndirdiklərini bildirib:
“Bura çox qonaqpərvər bir şəhərdir. Özüm Nigeriyanın Kano ştatındanam. Hökumətdə qeydiyyatdan keçmiş şəhərsalma mütəxəssisi kimi Kano Torpaq və Fiziki Planlaşdırma Nazirliyində çalışıram”.
Nazirlik əməkdaşı daha əvvəl də Dünya Şəhərsalma Forumunda iştirak etdiyini vurğulayıb:
“Mən 2020-ci ildən etibarən forumlarda iştirak edirəm. İlk olaraq Dubayda keçirilən forumda, daha sonra 2024-cü ildə Qahirədə keçirilən forumda və indi isə 2026-cı ildə Bakıda keçirilən forumda iştirak etdim. Doğrudan da ən çox Bakını bəyəndim. Hər şey möhtəşəmdir”.
Zaira Akifqızı
Globalinfo.az