Ötən gün Prezident ilə ölkənin Silahlı Qüvvələrindəki vəziyyətlə bağlı geniş məsləhətləşmələr aparılıb.
Globalinfo.az xəbər verir ki, bunu İranın ali rəhbərinin hərbi müşaviri Yəhya Rəhim Səfəvi bildirib.
Səfəvinin sözlərinə görə, prezident öz vəzifələrini qətiyyətlə yerinə yetirir və İranın müharibəyə can atmadığını, lakin ölkənin təhlükəsizliyinin müdafiəsindən heç vaxt imtina etməyəcəyini vurğulayıb.
O əlavə edib ki, Pezeşkian daha sonra İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) komandanlığı ilə görüş keçirib. Görüşdə ali rəhbər tərəfindən verilən tapşırıqlar müzakirə olunub.
General bildirib ki, İran Silahlı Qüvvələri prezidentin və ölkənin ali rəhbərinin əmrlərini “hər an” yerinə yetirməyə hazır vəziyyətdədir.
Tahir Turan
Globalinfo.az