pasinyan 91 900x600 4

Erənistanda baş naziri Nikol Paşinyan “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyan barədə sərt fikirlər səsləndirib.

Globalinfo.az xəbər verir ki, Paşinyan Tsarukyanın geosiyasi analizlə məşğul olmağa başladığını ironiya ilə dilə gətirib.

“Bu sənin ağlının işi deyil axı. Düşünürsən ki, erməni xalqı sənin əsl adını unudub? Sənin təhlükəsizliyini yalnız penitensiar xidmət təmin edə bilər. Eyni sözlər “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyana, “Ermənistan” blokunun lideri Robert Köçəryana və sizin bütün mafiya üzvlərinizə aiddir. Ona görə hazırlaşın”, – Paşinyan deyib.

Paşinyan yenidən müxalif bloku casus şəbəkəsi adlandırıb, onların liderlərini isə “alçaqlar” kimi xarakterizə edib.

Baş nazirin sözlərinə görə, müxalifət 44 günlük müharibə nəticəsində 5 min ölü və 7 min yaralı iddiasını əsaslandırmalıdır.

“Mən onlara bu sualdan yayınmağa imkan verməyəcəm. Əgər səsvermə gününə qədər bəyanatı əsaslandıra bilməsələr, bu, müharibə tərəfdarı olan üçbaşlı partiyanın parlamentdə bir nəfər də deputatla təmsil olunmaması üçün arqumentə çevrilməlidir”, – Paşinyan vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: