WhatsApp Image 2026 05 22 at 15.41.18

“Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu çərçivəsində qəbul edilən “Bakı Fəaliyyətə Çağırışı” sənədi kollektiv, inklüziv və iştirakçı prosesin nəticəsi kimi təqdim olunub”.

Globalinfo.az xəbər verir ki, bu sözləri professor Anar Vəliyev WUF13 tədbirinin bağlanış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, sənəd müxtəlif sektor və idarəetmə səviyyələrini təmsil edən tərəflərin, o cümlədən vətəndaş cəmiyyəti təşkilatlarının, qadınların, yaşlıların, uşaqların, gənclərin, yerli xalqların, alimlərin, tədqiqatçıların, siyasətçilərin, yerli və regional hakimiyyət nümayəndələrinin, əlilliyi olan şəxslərin, humanitar qurumların və özəl sektor təmsilçilərinin töhfələrini əks etdirir:

“Sənəddə vurğulanır ki, qlobal mənzil böhranı kritik həddə çatmaq üzrədir. Bildirilir ki, bu böhran təsadüfi deyil, dərin struktur, sistem və idarəetmə problemlərinin nəticəsidir. Mənzil təminatı fundamental insan hüququ kimi tanınmalı və prioritet məsələ hesab edilməlidir.

Bakı Fəaliyyətə Çağırışı”nda qeyd olunur ki, ev sadəcə dörd divardan ibarət məkan deyil, həm də ləyaqət, mədəniyyət, kimlik və təhlükəsizlik deməkdir. Mənzil həmçinin məktəblər, səhiyyə xidmətləri, ictimai məkanlar və digər sosial xidmətlərlə birbaşa əlaqəli sistemin əsas hissəsidir.

Sənəddə Yeni Şəhər Gündəliyinin 10 illiyi münasibətilə üzv dövlətlər həyata keçirmə prosesini sürətləndirməyə və UN-Habitat təşkilatının qlobal mənzil böhranının həllində rolunun gücləndirilməsinə çağırılır”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: