turane

“Əsas məqsəd şəhərin ritmini, mədəniyyətini və urban mühitini incəsənət vasitəsilə təqdim etməkdir”.

Bunu Globalinfo.az-a WUF13 çərçivəsində keçirilən “Səslərdə Şəhər: 13 Memarlıq Ritmi” adlı tədbirdə təqdim olunan layihənin rəhbəri, İncəsənətin Tərəqqisinə Dəstək İctimai Birliyinin sədri Turanə Orucova deyib.

O bildirib ki, layihə çərçivəsində şəhərin memarlıq ruhu, daş yaddaşı və urban mədəniyyəti musiqi, səhnə kompozisiyaları ilə tamaşaçılara çatdırılır:

“Əsas hədəflərdən biri gənclərdə və yaradıcı insanlarda şəhərsalma sahəsinə maraq oyatmaq, onları bu proseslərə cəlb etmək və şəhərsalma istiqamətində təşviq etməkdir. Tədbir çərçivəsində şəhərlərə və tarixi abidələrə həsr olunmuş 13 musiqili kompozisiya təqdim edilib.

Kompozisiyalar Zəfər Yurdu Ansamblının musiqiçilərinin iştirakı ilə səsləndirilib. Eyni zamanda, Bakının simvolik məkanları, İçərişəhər və Zəfər mövzusuna həsr olunan xüsusi kompozisiyalar nümayiş etdirilib”.

Ləman İmran
Globalinfo.az

Paylaş: