***14:55
Bu gün Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) yekun vurulur.
Globalinfo.az xəbər verir ki, tədbirin proqramına əsasən, saat 15.00-da WUF13-ün bağlanış mərasimi keçirilir.
Qeyd edək ki, forum BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilib. Tədbirdə 58 min qonaq iştirak edib.



