hormuz 2 900x600 1

İran Omanla birlikdə Hörmüz boğazından keçən gəmilər üçün daimi rüsum sistemi yaratmaq imkanını müzakirə edir.

Globalinfo.az xəbər verir ki, bu barədə İranın Fransadakı səfiri Məhəmməd Amin-Nejad “Bloomberg”ə bildirib.

O qeyd edib ki, hər iki ölkə dəniz hərəkətinin təhlükəsizliyi və idarə olunması üçün bütün resursları səfərbər etməyi planlaşdırır:

“Bu addım həmin strateji ərazidə gəmiçilik üzərində nəzarətin rəsmi şəkildə təsdiqlənməsi məqsədi daşıyır”.

Hazırlanan sistemin detalları, o cümlədən rüsumların məbləği və necə toplanacağı hələ açıqlanmayıb.

Qeyd edək ki, Hörmüz boğazı dünyanın ən vacib dəniz marşrutlarından biridir və qlobal neft tədarükünün təxminən 20%-i buradan keçir.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: