“Məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı əsas prioritetlərdən biridir”.
Globalinfo.az xəbər verir ki, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində baş tutan tədbirdə deyib.
O bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda tikinti işləri ilə yanaşı, yaşayış məntəqələrinin ağıllı idarə olunmasına da xüsusi diqqət yetirilir:
“GIS platforması əsasında qurulan idarəetmə sistemi vasitəsilə kənd və şəhərlər tam nəzarətdə saxlanılır, evlərdən kommunal xətlərə qədər bütün infrastruktur izlənilir. Torpaq sahələri, yollar, binalar və kommunikasiya xətləri rəqəmsal xəritələşdirilib.
Bu isə qərarların daha operativ qəbuluna, qurumlararası koordinasiyanın güclənməsinə və inkişaf prosesinin daha səmərəli idarə olunmasına imkan yaradır”.
Ləman İmran
Globalinfo.az