“Son beş ildə Ağdamın təxminən 60, Füzulinin 78, Xocavəndin isə 16 faizi minalardan təmizlənib”.
Globalinfo.az xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan tədbirdə bildirib.
O qeyd edib ki, mina təhlükəsi region üçün hələ də əsas problemlərdən biridir və yaxın zamanda tam aradan qalxacağı gözlənilmir:
“Bu reallıq fonunda daim diqqətli olmaq, təhlükəsizlik tədbirlərini gücləndirmək və insanların təhlükəsizliyini prioritet saxlamaq vacibdir”.
Ləman İmran
Globalinfo.az