mina erazi

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan Pavilyonunda “Münaqişədən sonrakı şəhərlərdə yenidənqurma: Humanitar mina fəaliyyətinin kritik rolu” mövzusunda tədbir təşkil olunub.

Globalinfo.az xəbər verir ki, tədbirdə postmünaqişə dövründə şəhərlərin təhlükəsiz və davamlı şəkildə yenidən qurulması, humanitar minatəmizləmə fəaliyyətinin əhəmiyyəti, infrastrukturun bərpası və əhalinin doğma yurdlarına qayıdış prosesi müzakirə edilir.

Tədbirin əsas məqsədi mina təhlükəsinin aradan qaldırılmasının yenidənqurma və dayanıqlı inkişaf prosesində oynadığı mühüm rolu diqqətə çatdırmaqdır.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: