Çiçəklənən Ermənistan Partiyasından deputatlığa namizəd Andranik Tevanyan barəsində dövlətə xəyanət və casusluq ittihamı ilə cinayət işi başlanıb.
Globalinfo.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.
Məlumata görə, Tevanyan 2024-cü ildə xarici xüsusi xidmət orqanları tərəfindən ələ alınıb. İddia olunur ki, o, casusluq edib, eləcə də dövlət sirri təşkil edən məlumatları “xüsusilə külli miqdarda – 622 min ABŞ dolları məbləğində mükafat müqabilində” ötürüb.
Qeyd edək ki, ötən gün Baş nazir Nikol Paşinyan Tevanyanı dövlətə xəyanətdə ittiham edib.