“Belarus Prezidenti Aleksandr Lukaşenko Kiyevdən gələn “boşboğazlığa”, o cümlədən Ukrayna Prezidenti Volodimir Zelenskinin açıqlamalarına cavab vermir”.
Globalinfo.az xəbər verir ki, bu barədə Belarus liderinin sözləri “Pul Pervogo” teleqram kanalı tərəfindən sitat gətirilib.
“Kiyevdən, o cümlədən Zelenskinin dedi-qodularına heç bir reaksiya vermirəm. Bu halda ona rəğbət bəsləməyə çalışıram”, – deyə Lukaşenko bildirib.
O, Ukrayna Prezidentinin ciddi təzyiq altında olduğunu və vəziyyəti təhlil edib nəticə çıxarmaq istəmədiyini bildirib.
“Şantaj və hədə-qorxuya cavab verməyi öyrənmişəm. Zelenskinin Kiyevdə bu kimi açıqlamalar verdiyini eşidəndə özümə suallar verirəm: “O, bunu niyə edir? Niyə? Belarusla döyüşmək istəyir? Əminəm ki, istəmir”, – deyə o bildirib.
Zelenski əvvəllər Kiyevin Belarusa qarşı qabaqlayıcı zərbə endirmək qabiliyyətinə malik olduğunu və respublika rəhbərliyinin bunu anlamalı olduğunu bildirib.
Tahir Turan
Globalinfo.az