almanyadan ukrayna cikisi merz savasin nasil bitecegini acikladi

“Ukraynanın Avropa İttifaqına () üzvlüyü ilə bağlı danışıqların yaxın gələcəkdə bitməsi qeyri-realdır”.

Globalinfo.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz deyib.

O, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenə ünvanladığı məktubda yazıb.

Almaniya kansleri məktubunda əlavə edib ki, hazırda Ukraynanın Aİ-yə daxil olmasına çoxsaylı maneələr var.

“Brüssel və Kiyev arasında müqavilə və konvensiyaların imzalanmasında da çətinliklər yarana bilər”.

Merz təklif edib ki, Ukrayna “əlaqəli üzv” statusu alsın və bu yolla qurumların işində iştirak etsin, amma səsvermə hüququ olmasın:

“Bu, tam üzvlüyə keçid üçün ara mərhələ kimi nəzərdə tutulur”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: