“Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) Azərbaycanın şəhər inkişafı, beynəlxalq tərəfdaşlıq və innovativ urbanizasiya yanaşmalarına sadiqliyinin göstəricisidir”.
Globalinfo.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımov WUF13 çərçivəsində təşkil olunan “İnkişafın yeni əsri” adlı tədbirdə deyib.
O bildirib ki, forumun Bakıda keçirilməsi Azərbaycan üçün böyük qürur mənbəyidir:
“Şəhərsalma və memarlıq artıq ölkənin milli inkişaf strategiyasında əsas prioritet istiqamətlərdən birinə çevrilib. 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması da bu sahəyə verilən önəmin göstəricisidir.
Bu qərar şəhərlərin iqtisadi inkişaf, ekoloji dayanıqlılıq və insanların həyat keyfiyyətinin yüksəldilməsində artan rolunu əks etdirir”.
Ləman İmran
Globalinfo.az