ABŞ Senatı Prezident Donald Trampın İrana hərbi hücum etməsi üçün Konqresin icazəsini məcburi edən qanun layihəsini qəbul edib.
Globalinfo.az xəbər verir ki, qərar ABŞ ordusunun nəzarətsiz şəkildə münaqişəyə cəlb olunmasının qarşısını almağa yönəlib.
Lakin sənəd Respublikaçı və Demokrat senatorlar arasında parçalanma yaradıb.
Növbəti mərhələdə qanun layihəsi Nümayəndələr Palatasında səsə qoyulacaq. Bununla belə, respublikaçıların çox olduğu Palatada qanunun taleyi qeyri-müəyyən hesab olunur.
ABŞ mediasına görə, layihə qəbul edilsə belə, Prezident Donald Trampın ona veto qoyacağı gözlənilir.
Bu qanun 1973-cü il “Müharibə Səlahiyyətləri Qanunu”na əsaslanır və prezidentlərin 60 gündən artıq Konqres təsdiqi olmadan hərbi əməliyyat aparmasını məhdudlaşdırır.
Əliyar Xəlil
Globalinfo.az