Türkiyədə məşhurları hədəf alan genişmiqyaslı narkotik istintaqı çərçivəsində 25 nəfər haqqında həbs qərarı verilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediasında məlumat yayılıbş
Bildirilib ki, Bakırköy Baş Prokurorluğunun apardığı araşdırmada saxlanılanlar arasında müğənni Mabel Matiz, aktrisa Feyza Civelek və Volkan Bahçekapılı da yer alır.
İstintaq çərçivəsində Serenay Sarıkaya haqqında da həbs qərarı çıxarıldığı, lakin onun hazırda xaricdə olduğu bildirilib.
Siyahıda həmçinin Onur Tuna, Aslıhan Turanlı, Tan Taşçı və Berkay Şahin kimi tanınmış simalar da var.
Məşhurların həkimi kimi tanınan Mehmet Rahşanın evində aparılan axtarış zamanı həssas tərəzi, şprislər və müxtəlif dərman paketlərinin aşkarlandığı açıqlanıb.
Prokurorluq bildirib ki, əməliyyat narkotik qaçaqmalçılığı, istehsalı və istifadəsi ilə bağlı əldə edilən dəlillər əsasında həyata keçirilib.
Rəsmi açıqlamada qeyd olunub ki, İstanbulda narkotik şəbəkələrinə qarşı son dövrdə keçirilən əməliyyatlarda böyük həcmdə kokain müsadirə edilib, bir sıra narkotik istehsal məntəqələri müəyyən olunub və çoxsaylı satıcı saxlanılıb.
Günel Cəlil
Globalinfo.az