teyyaresaiyan gemi 121

ABŞ Hərbi Dəniz Qüvvələrinin təyyarədaşıyan qrupu Karib dənizinə daxil olub.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığı məlumat yayıb.

“Karib dənizinə xoş gəlmisiniz, “Nimitz” təyyarədaşıyan zərbə qrupu!” – məlumatda bildirilib.

Qrupa “Nimitz” təyyarədaşıyan gəmisi, “Gridley” esminesi və köməkçi gəmi “Patuxent” daxildir.

Qeyd edək ki, təyyarədaşıyan qrupu Karib dənizinə Kubanın keçmiş lideri Raul Kastroya qarşı ittihamlar fonunda daxil olub.

ABŞ Prezidenti Donald Tramp Kuba ilə gərginliyin artacağını istisna edib. Ağ Ev rəhbəri ABŞ-ın Kubanı düşündüyünü və onlara kömək etməli olduğunu bildirib. O, həmçinin Kubanın zəifləyən bir millət olduğunu və bundan sonra onu nəyin gözlədiyini deyə bilməyəcəyini vurğulayıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: