Azərbaycanın Türkiyədəki səfiri Cənab Dr. Rəşad Məmmədov, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı üçün bir səfirin göstərə biləcəyi ən yüksək performansı nümayiş etdirən çalışqan bir türk oğludur.
O, müasir Azərbaycanın dövlətçiliyinin memarı Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsini və müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi İlham Əliyevin “Bizim bir ailəmiz var: Türk dünyası” strategiyasını qüsursuz şəkildə həyata keçirən təcrübəli diplomatdır.
Mən illərdir ki, Türkiyədə onun həmişə əsl centlmen kimi davrandığının, heç vaxt yad adam kimi rəftar etmədiyinin şahidi olmuşam. Mədəni proqramdan sonra ayaqüstü verilən suala cavab olaraq ifadə etdiyi tamamilə səmimi və şəxsi fikri, pusquda duran “bəzi işbazlar” tərəfindən saqqız kimi uzadılır.
Azərbaycanın Ankaradakı səfiri Türkiyə Respublikasının maraq və mənfəətinə zidd bir kəlmə belə işlətməsə də və Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasından məmnunluğunu bildirsə də, “Güman edirəm ki, Ermənistandakı seçkilərdən sonra proses daha da sürətlənəcək”, ifadələrindən sözdə diplomatik böhran yaratmağa çalışanlara ayıb olsun!
Xaos yaratmaq istəyən keçmiş səfirlər, burada problem yaradacaq nə tapdınız? İstənilən sağlam düşüncəli insan gündəmində seçkilər olan bir ölkə haqqında eyni şərhi verərdi. Hörmətli səfirimizin kontekstdən çıxarılmış xəbərinə X hesabından qəzəbli reaksiya verən təqaüdçü adlandırmayacağım köhnəlmiş səfirin, diplomat dostu 44 günlük Qarabağ müharibəsində “muzdlu terrorçular vuruşub” böhtanını Azərbaycan və Türkiyəyə qarşı səsləndirərkən səs-səmiri çıxmamışdı. Üstəlik, böhtan atan şəxsin bir vaxtlar Bakıda səfir vəzifəsində çalışmasına baxmayaraq, o, lal-dinməz qaldı!
Biz trollara öyrəşmişik; indi populyarlıq naminə iki qardaş arasında düşmənçilik yaratmaq işi keçmiş diplomatlar səviyyəsinə düşüb?
Ayıbdır.
Azərbaycana düşmənçilik etməyi, Türkiyə ilə Azərbaycan arasında uçurum yaratmağa çalışmağı dayandırın demirəm, onsuz da bunu etməyə gücünüz çatmaz. Amma daha faydalı fəaliyyətlərlə məşğul olun; məsələn, tapmaca tapmaq kimi…
Cənab Səfir Dr. Rəşad Məmmədov 36 ildir ki, dövlətimizə şərəflə xidmət edir. 26 illik təcrübəsi olan bir diplomatdır. İllərdir ki, ata yurdda, Qazaxıstan kimi mühüm bir ölkədə əvvəlcə baş konsul, sonra isə səfir kimi böyük uğurlar qazanıb; hüquq və diplomatiya üzrə doktorluq dərəcəsinə malik bir ziyalıdır.
Səfir olduğu müddətdə Türkiyə-Azərbaycan münasibətlərini daha da gücləndirmək üçün gecə-gündüz yorulmadan çalışan gözəl bir insanı çirkli planlarınıza alət edərək Türk dünyasına yönəlik coşğusunu əngəlləməyə çalışırsınız.
Səfirlik vətən torpağından uzaqdakı Vətənimizdir. Səfirlərimiz də həmin vətənin qürbətdə olan qoruyucularıdır.
Vətən onlara, onlar da bizə əmanətdir. Əmanətə xəyanətə yol vermərik! Boşuna xəyala qapılmayın, bundan heç nə əldə edə bilməyəcəksiniz.
Türkiyə-Azərbaycan
Bir Ürək, Bir Candır.
Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) rəhbəri, tarixçi alim Prof. Dr. Aygün Attar