pasinyan putin 900x675 1

“Ermənistan Rusiya ilə münasibətlərdə heç bir kəskin addım atmayacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. 

O, Rusiya Prezidenti Vladimir Putinlə dostluq münasibətlərinin olduğunu bildirib:

“Şübhə edirəm ki, 2018-ci ildən bu günə qədər Rusiya prezidenti başqa hər hansı liderlə bu qədər çox əlaqə saxlayıb. Bu müddətdə biz təxminən 200 telefon danışığı aparmışıq”.

Paşinyan vurğulayıb ki, Ermənistanın Rusiya ilə münasibətləri çox isti xarakter daşıyır, lakin əsas problem başqa yerdədir:

“Müxalifət deyir ki, Rusiya ilə bərabərhüquqlu münasibətlər olmalıdır. Rusiya böyük dövlətdir və ona hörmətlə yanaşmaq lazımdır, mən də belə yanaşıram”.

Baş nazir əlavə edib ki, Ermənistan heç vaxt Rusiyanın maraqlarına zərər vermək üçün addım atmayıb və atmayacaq.

“Amma biz Rusiyanın maraqlarını Ermənistanın maraqlarından üstün tuta bilmərik”, – Paşinyan qeyd edib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: