IMG 20260520 WA0105

“Qarabağda yerləşən yaşayış məntəqələri ağıllı idarəetmə sisteminə inteqrasiya edilir”.

Globalinfo.az xəbər verir ki, bunu Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində baş tutan “Azərbaycanda Ağıllı və Davamlı Şəhər Layihələri” adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, həyata keçirilən işlər yalnız yaşayış evlərinin tikintisini əhatə etmir, eyni zamanda kənd və şəhərlərin idarə olunma mexanizmlərini də özündə birləşdirir:

“Hazırda tətbiq etdiyimiz əsas yeniliklərdən biri ağıllı idarəetmə sistemidir. Bu sistem kəndlərin baş planlarını birləşdirən Coğrafi İnformasiya Sistemi platforması üzərində qurulub.

Formalaşdırdığımız bütün kənd və şəhərlər həmin baş planlar əsasında bu platformaya inteqrasiya olunur. Nəticədə yaşayış məntəqələrinin planlaşdırılması, tikintisi və idarə olunması daha effektiv şəkildə həyata keçirilir”.

Ləman İmran
Globalinfo.az

Paylaş: