“Azad edilmiş ərazilərdə aparılan şəhərsalma və yenidənqurma işləri, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qayıdışı yaranmış təzyiqi xeyli azaldacaq”.
Globalinfo.az xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov WUF13-də çıxışı zamanı deyib.
Nazir bildirib ki, Bakıda keçirilən forumda mənzil, səhiyyə, təhsil və qeyri-formal iqtisadiyyat kimi məsələlər geniş müzakirə olunur.
O həmçinin qeyd edib ki, son illər Azərbaycanda tikinti icazələrinin sadələşdirilməsi və bəzi yaşayış məskənlərinin amnistiyası istiqamətində addımlar atılıb:
“Lakin bu prosesə ehtiyatla yanaşmaq lazımdır, çünki nəzarətsiz leqallaşdırma gələcəkdə yeni qanunsuz tikintiləri stimullaşdıra və infrastruktur üçün risklər yarada bilər”.
Zaira Akifqızı
Globalinfo.az