“Yaxın Şərqdə hərbi əməliyyatlar yenidən başlasa, ABŞ-ı yeni sürprizlər gözləyir”.
Globalinfo.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
“İranla müharibə başlayandan aylar sonra ABŞ Konqresi milyardlarla dollar dəyərində onlarla təyyarənin itirildiyini etiraf etdi. Bununla da, təriflənən “F-35″i vuran ilk güclü silahlı qüvvənin bizim ordumuz olduğu təsdiqləndi.
Müharibədən çıxarılan nəticələr və qazanılan təcrübə nəzərə alınarsa, yenidən qarşıdurma baş verərsə, daha böyük sürprizlər olacaq”, – deyə o bildirib.
Xatırladaq ki, ABŞ Konqres Tədqiqat Xidmətinin yeni hesabatına görə, Vaşinqton İrana qarşı hərbi əməliyyat zamanı qırıcı təyyarələr, dronlar, tanker təyyarələri və xüsusi təyinatlı qüvvələrin təyyarələri də daxil olmaqla 42 təyyarə itirib.
Əliyar Xəlil
Globalinfo.az