tramp iran

ABŞ Prezidenti Donald Tramp Qətər, Səudiyyə ƏrəbistanıBƏƏ-nin pərdəarxası diplomatik təşəbbüsləri fonunda İrana mümkün hərbi hücumun təxirə salındığını təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Independent” məlumat yayıb.

Belə ki, Ağ Ev rəhbərinin qərarında region ölkələrinin münaqişənin genişlənməsi ilə bağlı narahatlığının mühüm rol oynadığı bildirilir.

Digər tərəfdən, İran rəhbərliyi Vaşinqtona sərt mesajlar göndərməkdə davam edir. İran Prezidenti Məsud Pezeşkian bildirib ki, dialoq və danışıqlar təslim olmaq anlamına gəlmir və Tehran öz maraqlarından geri çəkilməyəcək.

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanlığı isə ABŞ-ı mümkün hücumun ağır nəticələri barədə xəbərdar edib. İran tərəfi bəyan edib ki, ölkəyə qarşı hər hansı təcavüz olacağı təqdirdə buna güclü və qətiyyətli hərbi cavab veriləcək.

Tahir Turan
Globalinfo.az

Paylaş: